Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“The Guardian” nəşrindəki reportaj erməni təxribatının nəticəsidir”

Rövşən Rzayev: “İngiltərə Ermənistanın işğalçı siyasəti haqqında kifayət qədər məlumatlıdır”

Böyük Britaniyanın “The Guardian” nəşri Azərbaycanla sərhəddə yerləşən erməni kəndlərindən reportaj hazırlayaraq burada yaşayan ermənilərin uzun illərdir ki, Azərbaycan tərəfinin atəş və zorakılığına məruz qaldığı, mülki insanların hədəf seçildiyi, öz yaşamlarını ağır şərtlər altında davam etdirdiyi ilə bağlı uydurma iddialarla çıxış edib.

Maraqlıdır, “The Guardian” qəzetində yer alan bu reportaj Qərbin ermənipərəst siyasətinin növbəti təsdiqi hesab edilə bilərmi? Həqiqətənmi dünyanın ən güclü kəşfiyyat və informasiya sisteminə malik dövlətlərindən biri olan İngiltərə Qarabağ problemi ilə bağlı əsl həqiqətdən xəbərsizdir?

Moderator.az-a açıqlama verən millət vəkili Rövşən Rzayev bunun erməni təxribatından başqa bir şey olmadığını vurğuladı:

“The Guardian” qəzetində yer alan reportaj işğalçı Ermənistanın təxribatıdır, nəinki İngiltərə mətbuatının. Çünki bu cür yazıların dərcində maraqlı olan məhz işğalçı Ermənistandır. Bu, hansısa erməni lobbisinin imkanlarından istifadə edərək danışılan məsələyə bənzəyir. İngiltərə dövləti Ermənistanın işğalçı siyasəti haqqında kifayət qədər məlumatlıdır. Onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkəyir. Mümkün deyil ki, İngiltərə Azərbaycanı əleyhinə hansısa bir iş görsün. Bu, qondarma bir məsələdir və bunun arxasında erməni barmağı dayanır”.

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Nazir: “PETKİM-də aparılan yoxlamaların SOCAR-la əlaqəsi yoxdur”

%d bloqqer bunu bəyənir: