Now Reading:
Tez zamanda hazırlanan göbələk salatı
Full Article 50 second read

Tez zamanda hazırlanan göbələk salatı



24saat.org atv.az-a istinadən bildirir ki, bu bol vitaminli salatı hazırlamaq həm az vaxtınızı alacaq, həm də tərkibindəki ərzaqları asanlıqla bütün mağazalarda tapa bilərsiniz.

Tərkibi:

1 banka turşuya qoyulmuş göbələk (Yazda təzə göbələkdən də istifadə edə bilərsiniz)
1 ədəd kök
Hərəsindən 1 ədəd olmaqla yaşıl, sarı, qırmızı və narıncı bolqar bibəri
1 ədəd turşu-xiyar
1 ədəd təzə xiyar
1 dəstə şüyüd
1 ədəd baş soğan
3 xörək qaşığı limon suyu
3 xörək qaşığı zeytun yağı
Duz, istiot

Hazırlanması:

Göbələkləri ikiyə bölün.Yerkökünü suda az bişirin. Qabığını soyub, uzun-uzun və nazik doğrayın. Bibərləri və xiyarları da uzun-uzun və nazik doğrayın. Şüyüdü isə xırda-xırda doğrayın. Soğanı soyun və yarı bölün.Onu uzununa incə-incə doğrayın. Üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra suyunu tamamilə sıxıb bütün ərzaqları bir qaba qoyun. Üstünə limon suyu və zeytun yağı əlavə edin, zövqə görə duzlayıb istiotlayın. Qarışdırıb təxminəən 30-40 dəqiqə soyuducuda saxladıqdan sonra süfrəyə verin.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: