Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Terrorçuların yeni platforması-Telegram

Twitter-dən anti-terror qaydalarına uyğun olaraq uzaqlaşdırılan İslam Dövləti üzvləri və bu qrupun davamçıları artıq Telegram özəl mesaj sisteminə üz tutub.

Milyonlarla insan bu sistemdən istifadə edərək, radikal islam və ekstremizmi təbliğ edir.

Fransa və Almaniya ötən həftə Telegramda buna mane olmaq üçün Avropa boyu ölçülər götürülməsinə səsləyib.

Hər iki ölkənin bəyanatında bildirilib ki, ”terrorçuların kommunikasiyaları təhqiqatlara mane olur. Vətəndaşların rəqəmsal həyatına müdaxilə edilmədən, təhqiqiat yolları müəyyən edilməlidir.”

Fransa və Almaniya məsələnin yaxın zamanda Avropa İttifaqı liderləri qarşısında qaldırılacağını bəyan edib.

100 milyondan artıq istifadəçisi Telegram ictimai kanallarda ektremizmin təbliğinə yol vermədiyini, lakin özəl mesajların monitorinqinin aparılmadığını bildirib.

Bu yaxınlarda Twitter əlavə olaraq son 6 ay ərzində terrorizmi təbliğ edən 235 min hesabın bağlandığını bəyan edib.

Şirkətin bildirdiyinə görə, bağlanan hesabların ümumi sayı 360 min təşkil edir.

Twitter bildirib ki, 2015-ci ildən bəri gündəlik bağlanmalar 80 fair artıb. Bağlanılan hesabların əksəriyyəti terror hücumlarını izləyən hesablardır.

Nailiyyətə baxmayaraq bir çox istifadəçinin yenidən Twitter-ə yol tapdığı bildirilir.

“Bu göstəricilərə yenidən hesab açanlar da daxildir. Bağlanan yeni hesablar bağlanan istifadəçi hesablarına bərabər deyil ”- deyə Corc Vaşqinqton Universitetinin ektremizm üzrə mütəxəssisi J.M. Berger bildirib.

2015-ci ildə İŞİD-in Twitter əhalisi adlı araşdırmanın rəhbəri Bergerin dediyinə görə, araşdırmalar 2014-cü ilin sentyabr və dekabr ayları arasında islamçı qrupun 46 min hesaba malik olduğunu göstərib. Bunların hər brining mindən artıq davamçısı olub.

Twitter son illər terrorizmin təbliğatına mane olunmasında kifayət qədər fəaliyyət göstərmədiyinə görə tənqidlərə məruz qalıb.

Hazırda şirkət İŞİD-in Twitter hesablarının 2014-cü illə müqayisədə cəmi 10 faiz təşkil etdiyini bildirir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Rusiya Ukrayna ilə sərhədə 468 təyyarə yerləşdirdi – Həyəcan

%d bloqqer bunu bəyənir: