Terrorçular İraqda elektrik stansiyasına hücum etdilər: Ölənlər var

Cümə günü terrorçuların İraqda elektrik stansiyasına hücumu nəticəsində ən azı 16 nəfər ölüb.

Moderator.az bu barədə France-Pressə istinadən xəbər verir.

Hadisə Kirkur əyalətinin Dibis şəhərində baş verib.

“Terrorçu-kamikadzelər səhər saat 6 radələrində hücum ediblər, 12 iraqlı və dörd iranlı işçi ölüb”, – agentlik şəhər meri Abdulla Nürəddin əl-Salehinin sözlərindən sitat gətirib.

Agentliyin məlumatına görə, elektrik stansiyasının operatoru İran şirkətlərindən biridir.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Britaniya mətbuatı: Hicablı çempion Türkiyə dindarlarını niyə ikiyə böldü?

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: