Loading...
Loading...

Terrora qarşı mübarizədə yeni üsul – Evlər damsız olacaq

Pakistan hakimiyyəti Taliban təşkilatına qarşı mübarizədə ağlagəlməz bir üsula əl atıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Taliban silahlılarının sığınacaq kimi istifadə etməsinin qarşısını almaq üçün evlərin damları sökülüb.

Cənubi Vəziristan vilayəti Talibanın Pakistan qolunun ən güclü olduğu bölgələrdən biridir. Pakistan ordusu 7 illik mübarizədən sonra Talibanın bölgədən çıxarıldığını açıqlayıb.

Bölgədə jurnalistləri vertolyotla gəzdirən hərbi səlahiyyətlilər evlərin damlarının söküldüyünü, bununla da terrorçuların hərəkətlərinin daha rahat müşahidə edildiyini söyləyiblər. Bu cür evlər Makin, Lada və Kanigrum qəsəbələrində daha çoxdur.

Qeyd edək ki, 2009-cu ildə bu vilayətdə Talibana qarşı həyata keçirilən əməliyyat zamanı 72 min ailə evlərini tərk edib. Yeddi il sonra 42 min ailə evlərinə geri dönüb. Beləliklə, evlərin bir hissəsi boş qalıb və terrorçular üçün potensial sığınacaqlara çevrilib.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Türkiyə-Almaniya münasibətləri gərginləşməyəcək”

Loading...
%d bloqqer bunu bəyənir: