Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Terror hadisələri Türkiyənin turizmini iflic etdi

Moderator.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin verdiyi statistikaya əsaslanaraq xəbər verir ki, bu ilin aprel ayında ölkəyə gələn turistlərin sayı keçən ilin anoloji dövrü ilə müqayisədə 28,1 faiz azalıb.

Bu göstərici 1999-cu ildən bəri ilk dəfədir ki, maksimum dərəcədə turist axınında azalma qeydə alınır.

Cari ilin aprelində Türkiyəyə 1,8 milyon turist gəlib ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 700 min nəfər azdır.

Məlumata əsasən ən çox Rusiyadan gələn turistlərin sayı azalıb. Belə ki, Rusiyadan gələn turistlərin sayı 79,3 faiz azalıb. Rəqəmlə ifadə olunarsa, o zaman demək olar ki, 2015-ci ilin aprelində Rusiyadan Türkiyəyə 150 min turist gəlmişdisə, 2016cı ilin aprelində bu rəqəm 31 min nəfər olub.

Avropadan da Türkiyəyə gələn turistlərin sayında kəskin azalma baş verib. Almaniyadan gələn turistlərin sayında 35 faiz, Böyük Britaniyadan 24 faiz, Yunanıstandan 27, İtalyadan 55, Yaponiyadan 42 faiz turist axını azalıb.

Demək olar ki, bütün ölkələrdən gedən turistlərin sayında azalma olub. Təkcə Ukrayna və Gürcüstandan Türkiyəyə gedən turistlərin sayında artım olub.

Ekspertlərin fikrincə, Türkiyəyə turist axınının azalmasına əsas səbəb ölkədəki terror təhlükəsi ilə Rusiya-Türkiyə münasibətlərinin böhran səviyyəsində olmasıdır.

Məlumatda deyilir ki, 2015-ci ildə Rusiyadan Türkiyəyə gedən turistlərin sayın 2014-cü illə müqayisədə 18,6 % azalıb. Yəni 2015-ci ildə Rusiyadan Türkiyəyə 3,6 milyon turist gedib.

Bütövlükdə isə 2015-ci ildə Türkiyəyə 36, 24 milyon turist səfər edib. Bu sayda turist 2014-cü illə müqayisədə 1,6% azdır.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Azərbaycanla aramızda heç vaxt əyrilik ola bilməz – Jirinovski

%d bloqqer bunu bəyənir: