Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ter-Petrosyan Qarabağ terrorçularının lideri ilə görüşüb

Xankəndində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla Qarabağ terrorçularının lideri Bako Saakyan arasında görüş keçirilib.

Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı bir sıra məsələlər müzakirə edilib.

Görüşdə Saakyan “siyasi qüvvələrin bu ağır günlərdə birliyinin vacibliyini qeyd edib və erməni xalqının qarşısında duran problemlərin həllində bunun əhəmiyyətli rol oynadığını” bildirib.

Qeyd edək ki, dörd günlük müharibədən dərhal sonra fəaliyyətdə olan prezident S.Sarkisyan özünün barışmaz rəqibi, devrilməsində bilavasitə iştirak etdiyi L.Ter-Petrosyanla məsləhətləşmələrə başladı.

L.Ter-Petrosyan Qarabağ münaqişəsinin həlli üzrə konstruktiv təklifləri ilə Qarabağ klanının, o cümlədən S.Sarkisyanın tənqid hədəfinə çevrilmişdi.

Keçmiş prezident Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılmasında israr edirdi.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Düşmən raketləri hazır vəziyyətdə – FOTOLAR

%d bloqqer bunu bəyənir: