Now Reading:
Telman İsmayılovun məhkəməsi təxirə salındı
Full Article 40 second read

Telman İsmayılovun məhkəməsi təxirə salındı



Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Telman İsmayılovun müflis elan edilməsinə dair məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

24saat.orgun xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.

 

Məlumata görə, Rusiyada yaşayan Azərbaycan əsilli iş adamının məhkəmə dinləmələri avqustun 29-da keçiriləcək.

Yəni T. İsmayılov avqustun 29-da Rusiya məhkəməsi tərəfindən müflis elan edilə bilər.

 

Xatırladaq ki, Telman İsmayılovun müflis elan olunmasına Moskva Arbitraj Məhkəməsi qərar verməlidir.

“AST” Şirkətlər Qrupunun təsisçisi olan sahibkara qarşı məhkəmə iddiasını “VTB Group”a daxil olan “BM-Bank” (keçmiş “Bank Moskva”) ötən ilin oktyabr ayında qaldırıb.

 

Bu ilin fevral ayına olan məlumata görə, T.İsmayılovun banka borcu 286,42 mln. rubl (təxminən 7,1 mln. manat) təşkil edir.

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: