Loading...
Loading...
yevda

“Telman İsmayılovla təmasım olub, tutulan qardaşı ilə yox”

Mənim ancaq Telman İsmayılovla təmasım olub. Bir dəfə Moskvada toy mərasimi keçirilirdi. O da qatılmışdı həmin mərasimə. O zaman onunla görüşmüşük. Bundan başqa, Telman İsmayılovun  ailə üzvləri ilə heç bir təmasım, əlaqələrim olmayıb”.

Bunu deputat Yevda Abramov Azərbaycan əsilli iş adamı Telman İsmaylovun qardaşı Rafiq İsmaylovun həbs edilməsi ətrafında yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Yevda Abramov onu da əlavə edib ki, bu cür işlərə görə Telman İsmayılovun ona müraciət etməsinin əsası yoxdur.

“Telman İsmayılovla daimi olaraq, ünsiyyətdə olmuram. Mən də məlumatları sizin kimi mətbuat vasitəsilə əldə edirəm. Bildiyimə görə, qardaşı Rafiq İsmayılov barəsində hələ ki qəti-imkan tədbiri seçilməyib. Bəlkə də, Rusiya Dumasının deputatı olsaydım, Telman İsmayılov hər hansısa formada müraciət edə bilərdi. Ona görə də mən Azərbaycanın Milli Məclisində təmsil oluna-oluna, ailə üzvlərinə görə  niyə mənə müraciət etməlidir ki?! Telman İsmayılov Rusiyada kifayət qədər imic formalaşdırıb. Özü bu məsələlərlə bağlı istənilən addımı ata bilər”.(Modern.az)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Avropa İttifaqı İlqar Məmmədovu həbsdən azad etməyə çağırır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: