Telman İsmayılov Rusiya Ali Məhkəməsinə şikayət etdi


Azərbaycan əsilli biznesmen,  AST şirkətlər qrupunun yaradıcısı Telman İsmayılov Rusiya Ali məhkəməsinə şikayət edib.

24saat.org  Rusiya KİV-nə istinadən xəbər verir ki, İsmayılov onun müflis sayılması barədə verilmiş məhkəmə qərarının Moskva Arbitraj Apellasiya məhkəməsi tərəfindən ləğv olunması ilə bağlıdır.

 

Şikayət ərizəsi avqustun 8-də icraata alınıb.

 

Moskva arbitraj məhkəməsi 2015-ci ilin dekabrında Moskva vilayəti üzrə arbitraj məhkəməsinə müflis tanınması üçün müraciət etmişdi.

 

Prosedur İsmayılovun Boris Zubkov adlı şəxsə 9 milyon rubl borcunun olması səbəbindən başlanmışdı.

 

Lakin bu ilin mayında Moskva dairəsi arbitraj məhkəməsi öncəki instansiyanın qərarını ləğv edərək Azərbaycan əsilli biznesmeni müflis kimi tanımaqdan imtina etmişdi.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

“Türkiyə-Ermənistan sərhəddi de-fakto açıqdır”

%d bloqqer bunu bəyənir: