Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
48019

Telman İsmayılov “Mardan Palace”ni geri aldı

Azərbaycanlı biznesmen Telman İsmayılovun Türkiyədəki “Mardan Palace” otelinin satış tenderinin nəticələri ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, iş adamının Türkiyədə “Xalq Bank” və “Garanti Bank” arasında yaranan borc qalmaqalından sonra hər iki bank “Mardan Palace” otelin satışa çıxarılmasını tələb edib.
Daha sonra “Xalq Bank” satış tələbinindən çəkilsə də, “Garanti Bank” öz tələbindən imtina etməyib. Satışa çıxarılan otel isə tenderin yeganə iştirakçısı olan “Xalq Bank” tərəfindən 360 milyon 50 min lirəyə (təxmini 185 milyon manat) alınıb.
Telman İsmayılovun borc qalmaqalı bununla da bitməyib və bu dəfə onun borclu olduğu “Güclü İnşaat” tenderin nəticəsinin ləğvi üçün məhməkəyə müraciət edib. Lakin “Güclü İnşaat”ın tələbi rədd edilib.
Sonda isə biznesmenə aid AST şirkəti məhkəməyə müraciət edib və məhkəmənin qərarı ilə tenderin nəticələri ləğv edilib.
Məsələyə “Mardan Palace” otelinin baş direktoru Çətin Pəhləvan münasibət bildirib. O, məhkəmənin ədalətli qərar verdiyini və banklara olan borcların ödənilməsi üçün qarşılıqlı həll yolu axtardıqlarını deyib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

DİN Azərbaycandakı qadın polislərlə bağlı açıqlama verib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: