Loading...
Loading...
63740

Televizorlar göstərmirsə, problemi belə həll edin – VİDEO

Bu məqsədlə mütləq televizorlara dekoder quraşdırılmalıdır

Bu gündən etibarən Bakı və Abşeron yarımadasında rəqəmsal yayımı dəstəkləməyən televizorlarda kanalları izləmək mümkün deyil. Bu məqsədlə mütləq televizorlara dekoder quraşdırılmalıdır. Bu cihazın quraşdırılması isə bir neçə mərhələdən keçir.

Bundan sonrakı mərhələdə isə dekoder və televizora müxtəlif kabellər qoşulmalıdır.

Bundan sonra isə menyudan kanallar axtarışa verilir. Axtarışdan sonra kanalların siyahısı ekrana çıxır.

Milli Televiziya və Radio Şurasının məsləhətçisi Teymur Quliyev deyir ki, 2010-cu ildən bəri istehsal edilən bütün LCD monitorlu televizorlarda rəqəmsal yayım dəstəkləndiyindən dekoder almağa ehtiyac yoxdur. Bundan əlavə, dekoder alarkən nəzərə almaq lazımdır ki, dekoder HD yayımı dəstəkləsin. Əks halda siz adi dekoderlə HD formatda yayımlanan kanalları izləyə bilməyəcəksiz.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

«Vosmoy» bazarını sahibindən işgəncə yolu ilə alıblar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: