Now Reading:
“Televizor və sosial şəbəkələrdən uzaq idim” – 700 bal toplayan abituriyent
Full Article 40 second read

“Televizor və sosial şəbəkələrdən uzaq idim” – 700 bal toplayan abituriyent



Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilən qəbul imtahanının nəticələri elan edib.

24saat.org-un AzVision.az-a istinadən məlumatına görə, qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseyin şagirdi Qasımov Təbriz Nazim oğludur.

Rekorda imza atan T.Qasımov açıqlamasında qəbul imtahanlarında 700 bal toplayacağını gözləmədiyini deyib.

“Bu nəticəni əldə etmək üçün 2 il gecə-gündüz çalışdım. İmtahana hazırlaşdığım üçün televizor və sosial şəbəkələrdən uzaq qalmışdım. Müəllimlərim mənə inanırdılar. Onlara təşəkkürümü bildirirəm. Bu nəticəni müəllimlərimin və valideynlərimin dəstəyi nəticəsində əldə etmişəm. Hələlik hansı ali təhsil olacağına sənəd verəcəyimi dəqiqləşdirməmişəm. Yaxın günlərdə bu barədə qərarımı verəcəyəm”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: