Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tayvanda Azərbaycan mətbəxi – fotolar

Tayvanda keçirilən Yi-lan beynəlxalq uşaq folkloru və folklor oyunu üzrə festival çərçivəsində Azərbaycan mətbəxi günü təşkil edilib.

Axşam.az xəbər verir ki, festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” folklor qrupunun üzvləri təmsil edir.

İdarədən bildirilib ki, festivalın iştirakçıları və qonaqları Azərbaycan xalqının zəngin kulinariya mədəniyyəti ilə yaxından tanış olublar. Nümayəndələrimiz qonaqlara milli xörəklərimizdən – “Plov”, “Düşbərə” və “Çoban” salatı təqdim ediblər. Mətbəx nümunələrimiz hər kəsin xoşuna gəlib.

Qeyd edək ki, festival avqust ayının 15-dək davam edəcək.

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Qızıl medal alan məzunların siyahısı – Nazir əmr verdi

%d bloqqer bunu bəyənir: