Advertisements
24 saat

Tayvan Çinlə dialoqdan danışır


Tayvanın yeni prezidenti qonşu Çinlə «müsbət dialoq»a çağırıb. Onun sözlərinə görə, Tayvan iki ölkə arasında sülh və sabitliyin saxlanmasında «məsuliyyətli rol» oynayacaq.

Ölkənin ilk qadın prezidenti olan Tsai Ing-wen mayın 20-də andiçmə mərasimindən sonra deyib ki, Tayvan sülhü qoruyacaq, Çinlə sülh və sabitliyin saxlanmasına çalışacaq.

Tsai və partiyası heç vaxt Pekinin «vahid Çin» mesajını dəstəkləməyib. Ondan əvvəlki prezident Ma Ying-jeou isə səkkiz illik hakimiyyəti dövründə ikitərəfli münasibətləri isidə bilmişdi.

Tayvan Çindən 1949-cu ildə ayrılıb, ancaq Çin hələ də onu öz ərazisi sayır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: