Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tarixin terrorçuları – Həşşaşilər: Palmiradan Nitsaya

Əlamut qalasının lideri Həsən Səbbahın kölgəsi qoca qitənin üzərindədir. Daha İraq və Suriyadakı başkəsmə realiti-şou kadrları “youtube”-da yayımlanmır. Artıq heç kimə lazım da deyil. Həşşaşilər Şərqdən Qərbə “səlib yürüşü” etməkdədir. Paris, Brüssel, İstanbul və Fransa inqilabı günü Nitsa…

hessasi1…İranın şimalındakı ecazkar qalada illərlə hücrəsinə çəkilərək sütül cavanlardan kamikadze yetişdirən, bakir oğlanları xaşxaş və gözəl qızlarla “cənnət bağları”na göndərən Həsən Səbbah şiə təriqətindən İsmaili qolu idisə, Nitsada 84 nəfəri qanına qəltan edən İŞİD-çi tunisli onun qara bayrağa bürünmüş sünni sələfidir.

hessasi3Həşşaşilər ya da günümüzün “İslam dövləti” “cihad”çıları Avropanı qırmızı rəngə bürüməklə sivilizasiyanın beşiyini silkələyir. Vaxtilə Suriyadakı YUNESKO-nun siyahısında olan, qədim abidələrin yerləşdiyi Palmira şəhəri vandallar tərəfindən demontaj olunanda Qərb dünyasından kimsənin tükü tərpənmədi. Palmira terrorçulardan azad olunanda isə mədəniyyətin yalnız simvolik qalıqları vardı. Nə ABŞ, nə Avropa dövlətləri barbarların vəhşiliyini dayandırmaq istədi. İndi Palmira Əsəd qüvvələrinin nəzarətindədir, Pirr qələbəsi kimi…

Əfsanəyə görə, bu şəhəri Süleyman peyğəmbər qurub. “İpək yolu”nun üzərində mühüm tranzit nöqtəsi olan Palmira qədim Şərq və Qərb (Roma) mədəniyyətin qovuşduğu bir şəhərdir.

hessasi2Burada Tiberi və Avrelian dövrünün möhtəşəm tikililərinin qalıqları yerləşir. İndi isə Palmiradan Nitsaya qədər ayaq açan “islam”çılar üçün heç bir qırmızı xətt yoxdur. Avropa isə öz qazdığı quyuya düşəcəyini fikirləşmədi ki, haçansa sadə fransız Rişar öz körpə oğlu Antuanla geosiyasi maraqların qurbanı ola bilər. Vəssalam, dünya sabit deyil. Ən sivil və təhlükəsiz Avropa şəhərləri ən qorxulu yerlərə çevrilib.

“Biz hamımız şəfa tapmayan din cahilləriyik. Tanrının olub-olmamağı vacib deyil. Əsas ona inam yaradan dinlərin varlığıdır” – Səbbah sözləri ilə yaşayır, əməllərini isə həmişə həyata keçirəcək cahil zavallılar tapılacaq.

Tunisli kimi…

Emil Salamoğlu

24saat.org

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Eldar Mahmudovun “Laçın koridoru” əməliyyatı və unudulan torpaqlar

%d bloqqer bunu bəyənir: