Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qi

Tarif Şurasının eksperti: “Azərbaycanda kommunal qiymətlər Avropadakı ölkələrin hər birindən ucuzdur”

“Tarif (qiymət) Şurasının son qərarları ilk növbədə sosial ədalət prinsiplərinə əsaslanıb və burada əsas məqsədlərdən biri də ölkənin enerji təhlükəsizliyinin təmin olunmasıdır”.

Bunu Trend.az-a açıqlamasında ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, vətəndaşların gündəlik istifadəsi üçün kommunal xərclərin köhnə tariflərdə saxlanılması ədalət prinsiplərinə əməl olunmasından irəli gəlir və daha bir əhəmiyyətli faktor – dövlətin aztəminatlı ailələri nəzərə alması faktoru da sözügedən məsələdə öz əhəmiyyətini qoruyub-saxlayır: “Belə ki, Tarif Şurasının məlum qərarları kommersiya şirkətləri ilə sadə vətəndaşların ödənişində kifayət qədər fərq yaradır”.

Ekspert həmçinin bildirib ki, bütövlükdə Tarif Şurası hər hansı bir qərar üzərində işləyərkən, ilk növbədə həmin qərarın təhlilini aparır və sonra yekun nəticəyə gəlinir: “Əgər nəzərə alsaq ki, dövlət başçısı, Prezident İlham Əliyev cənabları xalqın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atır, dövlətimiz bu və ya digər şəkildə mühüm sosial layihələr reallaşdırır, bu zaman mövcud qiymət dəyişikliklərində heç bir problemin olmadığını əminliklə deyə bilərik”.

B.Quliyev deyib ki, burada daha bir nüans da var: “Məsələn, bir neçə ildir ki dünyada qlobal iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycanda kommunal qiymətlər demək olar ki, Avropadakı ölkələrin hər birindən ucuzdur. Hətta yeni tarifin müəyyənləşdirilməsi də mövcud qiymətin ucuzluğunu qoruyub-saxlayıb. Belə olan halda qətiyyətlə deyə bilərik ki, vətəndaşların gündəlik istifadəsi üçün qaz və elektrik enerjisinin qiymətinin köhnə tariflərdə saxlanılması ədalət prinsiplərinin bariz göstəricisidir. Belə ki, tariflərin tənzimlənməsi ilə bağlı qərarlarda qeyd olunduğu kimi, qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyib. Ona görə ki, adi insanlar, yəni aztəminatlı ailələr qaz və enerjidən orada qeyd olunan rəqəmlərdən artıq istifadə etmirlər”.

Ekspert qeyd edib ki, yeni rəqəmlər yalnız kommersiya şirkətləri üçün fərqli olacaq ki, bu qiymətlər də elə ciddi təsirlərə səbəb olmayacaq: “Daha dəqiq desək, yalnız böyük müəssisələr, istehsalat şirkətləri daha çox qaz və enerjidən istifadə edirlər və istifadə etdikləri enerjinin qiymətini ödəyərkən kəskin fərqi hiss etməyəcəklər”.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Çörəyin də qiyməti arta bilər – İSTEHSALÇILARDAN AÇIQLAMA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: