Tarif dəyişiklikləri kimlərə təsir edəcək?

Azərbaycan əhalisinin 62 faizindən çoxu ildə 1500 kubmetrdən az təbii qaz istehlak edir.

oxu.az xəbər verir ki, bunu Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

İ.Kərbəlayevin sözlərinə görə, abonentlərdə yeni tariflərlə bağlı heç bir problem olmayacaq:

“Qaz smart-sayğacları elə quraşdırılıb ki, istehlak həcmi limiti keçəcəyi təqdirdə, onlar özləri yeni tariflə hesablayacaq. Azərbaycanda hətta əhalinin 62 faizindən çoxu ildə 1500 kubmetr qaz limitini keçmir. Buna görə də tarif dəyişiklikləri əhalinin böyük hissəsinə təsir etməyəcək”.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Qənirə Paşayeva Milli Məclisdə vacib təkliflərlə çıxış edib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: