Now Reading:
Tanınmış iş adamının toya hazırlaşan oğlu qəfildən öldü
Full Article 40 second read

Tanınmış iş adamının toya hazırlaşan oğlu qəfildən öldü



Nişanlısı yüksək vəzifəli polisin qızıdır

Bakıda tanınmış iş adamının gənc oğlu qəfildən dünyasını dəyişib.

Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb.

Belə ki, 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. Ş.Əliyev qardaşını xəstəxanaya çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin dediyinə görə o, infarkt keçirib.

Qeyd edək ki, A.Əliyev “Qarabağ Broyler MMC”-nin və “Şəhriyar” şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqmış. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır. (Report)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: