Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tanınmış ekspert deputatın cavabını verdi

Deputat Qüdrət Həsənquliyev musavat.com-a müsahibəsində referendumdan danışıb. 24saat.org xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev onun fikirlərinə münasibət bildirib:
“Qüdrət bəy bütün gücüylə referendumun zərurətini, güclü prezident institutunun vacibliyini izah etməyə çalışıb.
Əslində referendumu müdafiə edən arqumentlər o qədər zəifdir ki, onların əleyhinə nəsə deməyə ehtiyac belə yoxdu. Sadəcə bir həqiqəti bilmək lazımdır: dünyada güclü hakimiyyəti olan ölkələrdə dövlət və cəmiyyət zəif olur”.
R.Ağayev hesab edir ki, inkişaf etmiş ölkələrin heç birində bizdə qavranılan anlamda (fiziki baxımdan) güclü hakimiyyət yoxdur:
“Əvəzində cəmiyyətlər o qədər güclüdür ki, onların rəyilə hesablaşmayan istənilən hakimiyyət görəvini buraxmağa məhkumdur.
Əvəzində dövlətlər o qədər güclüdür ki, vətəndaşının təhsil və səhiyyədən tutmuş məişət məsələlərinədək bütün problemlərini ən üst səviyyədə qarşılaya bilirlər.
Bunun nəticəsidir ki, bu gün “güclü hakimiyyətlər”in olduğu bütün ölkələrin vətəndaşları “zəif hakimiyyətlər”in olduğu ölkələrin vətəndaşlarına həsəd aparırlar”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Bakıdakı evini sataraq İŞİD-ə qoşulmaq üçün Suriyaya getdi

%d bloqqer bunu bəyənir: