Advertisements
24 saat

Tanınmış blogger Mehman Hüseynov avtoqəzaya düşüb


Tanınmış blogger Mehman Hüseynov avtoqəzaya düşüb.

Bu barədə məlumatı bloggerin özü yayıb:

“Səhər tezdən fotoaparatlarımı, avadanlığımı sumkaya yığıb çıxdım rayona. Mənə xəbər eləmişdilər ki, hava pisdi, rayon yolları buzlanıb, bəlkə bu gün çıxmayasan yola? Amma dəcəllik elədim, dayanmadım, qərara gəldim ki, gedirəm!

Gedirdim adını çəkmədiyim gözəl rayonlarımızın birinə. Orda sakinlərin problemlərini və 1-2 məmurun özbaşınalığını, rayonda gördüyü saxta işlərini işıqlandırmağa.

Mindik maşına və yola düşdük. Elə də oldu, rayona gedən yolları buz bağlayıb, maşın bir az özünü pis aparıb deyə sürüşüb ağır avtoqəzaya düşdük. Şükürlər olsun, sürücü və maşında olan diqər dostlarım yaxşıdılar, sağ salamatdılar. Götürdüyüm kameralar zədələnib, bəziləri isə sınıb”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: