Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tanınmış əxlaqsız yuvaların sahibinin oğlanlarının bahalı həyat tərzi – FOTOLAR

“Clear” və “İron” otellərinin sahibi Fikrət Feyziyevin oğlanları Elvin və İslam Feyziyev qardaşları yarım milyonluq maşınlarda gəzirlər
Bildiyiniz kimi, son illər Azərbaycanda, xüsusilə də Bakı şəhərində əxlaqsızlıq yuvalarının sayı xeyli artıb. Əgər əvvələr bu tip obyektlər gizli şəkildə fəaliyyət göstərirdilərsə, indi hər şey açıq-aşkardır. Qeyd edək ki, bu gün əxlaqsızlıq yuvalarının əksəriyyəti otel, motel, istirahət mərkəzi adı altında pərdələnib. Həmin obyektlərdən biri də paytaxtın Binəqədi rayonunda yerləşən «Clear» otelidir. Bu oteldə cərəyan edən xoşagəlməz hadisələr, gənc qızların cinsi istismara məruz qalması və otelin sahiblərinin kim tərəfindən himayə olunması barədə mətbuatda çox yazılıb.
Bildirək ki, otelin sahibləri Fikrət və Fəxrəddin Feyziyev qardaşlarıdır. Əslən Yardımlı rayonundan olan bu qardaşlar neçə illərdir ki, otel və digər biznes işləri ilə məşğuldurlar.
Qısaca vurğulamaq istəyirik ki, Fikrət və Fəxrəddin Feyziyev qardaşları hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar. Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun ( o zaman MTN-nin rəhbəriydi-red) göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilir və onlar həbs olunurlar. Ancaq qardaşlar müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar. Deyilənə görə, o zaman qardaşların həbsdən azad olmasına ləğv edilmiş Xüsusi İdarənin rəisi Elman Qəmbərov şərait yaradır. Bu gün də sözügedən şəxslərin münasibəti çox yaxşıdır və Elman Qəmbərov müəyyən məsələlərdə Feyziyev qardaşlarına «krışa»lıq edir.
Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsi ndə məlum olub ki, Fikrət Feyziyevin əldə etdiyi milyonlar onun oğlanları Elvin və İslam Feyziyevlərin də lüks həyat yaşamasına rəvac verib. Belə ki, oğul Feyziyevlərin bütün günü istirahətdə, kef məclislərində keçir.
Məsələn, «instagram» sosial şəbəkəsində apardığımız axtarış nəticəsində öyrəndik ki, Elvin Feyziyev və qardaşı İslam Feyziyev bahalı maşın kolleksiyasına sahibdirlər. Bura 99 BB 005 nömrəli «Mercedes Galenvagen», 90 FX 090 nömrəli «Mercedes» Galenvagen», «Rolls Royce», 90 AD 090 dövlət nömrə nişanlı «Mercedes Galenvagen», 99 DD 005 nömrəli «Lexus 570», 10 OB 002 nömrəli son model «Mercedes S Klass» daxildir. «İnstagram»dakı şəkillərdən görünür ki, oğul Feyziyevlər heç vaxt ucuz yerdə oturmurlar və onlar bahalı məkanlarda atalarının pullarını ürəkləri istəyən şəkildə xərcləyirlər. Ən maraqlısı isə odur ki, oğul Feyziyevlərdən birinin yaşı avtomobil sürməyə imkan verməsə də, o atasının gücünə sürücülük vəsiqəsi olmaya-olmaya avtomobil sürür. Bu isə o deməkdir ki, Fikrət Feyziyevin özü ilə yanaşı, oğlu da qanunlarımıza meydan oxuyur. Məlumata görə, Elvin və İslam Feyziyevlər atalarına məxsus «İron» otelində də tez-tez görünürlər. Onların bura hansı iş üçün gəldiyi isə bəllidir. Göründüyü kimi, Fikrət Feyziyev «Clear», «İron» otellərindən, eləcə də metal biznesindən əldə etdiyi gəlirlərlə oğlanlarına hər cür şərait yaradıb. Biz Vergilər Nazirliyinin, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyindən xahiş edirik ki, sözügedən otellərin fəaliyyətini dərindən araşdırsınlar. Araşdırma aparılsa, yəqin ki, hər iki otelin vergi borcları, habelə qadın ticarəti ilə bağlı çox dəhşətli faktlar üzə çıxacaq. Mövzunu diqqətdə çaxlayacağıq. Qarşı tərəfi də dinləyə bilərik. (Gundelik-baku.com)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Azad Rəhimovun oğlunun şirkətinin yeni gizlinləri – FOTOLAR

%d bloqqer bunu bəyənir: