Loading...
Loading...

“Taliban zorakılığı davam edəcək”

ABŞ Prezidenti Barack Obama deyir ki, Taliban “bu tezliklə” Əfqanıstan hökumətilə sülh danışıqları masasına əyləşən deyil.

Obama mayın 26-da Yaponiyada keçirilən Böyük Yeddilərin (G7) sammiti zamanı danışıb. Bundan bir gün öncə Mullah Haibatullah Akhundzada Talibanın yeni lideri təyin olunub. Əvvəlki lideri Mullah Akhtar Mansur isə ötən həftə ABŞ-ın dron zərbəsilə öldürülüb.

“Bunu gözləməsəm də, ümid edirəm ki, bir məqam gələcək, Taliban ölkəni idarə edə bilməyəcəyini anlayacaq və ciddi barışıq danışıqlarına gələcək. Ancaq bunun tezliklə baş verəcəyinə şübhə edirəm”, Obama deyib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“G7” ölkələri Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

%d bloqqer bunu bəyənir: