Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
tb

Taleh Bağırzadə Qiyas İbrahimovun anasına məktub yazdı

Müsəlman Birliyi Hərəkatının sədri, Nardaran hadisəsinə görə həbs olunmuş Taleh Bağırzadə “heykəl məhbusu”, 10 il həbs cəzası alan Qiyas İbrahimovun anasına məktub yazıb. Məktubda deyilir;

Salam, əziz və möhtərəm Şura xanım. Sizə bu məktubu çəsuz oğlunuz Qiyasa çox yaxın bir məkandan yazıram. Hətta bu sətirlərdən oğlunuz Qiyasın ətrini belə duya bilərsiniz. Çünki bu sətirlərə oğlunuzun da məhkum edildiyi soyuq zindan divarlarının sızıltısı, əsarətə qarşı azadlıq eşqi, cəsur insanların cəsarətinin ruhu pohmuşdur. Məhz bu soyuq divarlar sizin də oğlunuz daxil olmaqla, əsarətə qarşı azadlıq mübarizəsi aparan insanların cəsarətli, ləyaqətli duruşuna şahidlik edir. Bu, bizim zindan divarlarına həkk olunmuş şanlı tariximizdir. Sizi əmin edirəm, nə qədər ki, bu rejim dövlət və xalqımızı əsarətdə saxlayıb, Azərbaycanımızın ləyaqətli, zülmlə barışmayan insanlarını həbs edir, o vaxta qədər də onlar zindan divarlarına öz mübarizələri ilə bir şərəfli tarix yazacaqlar. Elə bir tarix ki, onun səhifələrində istiqlal şairimiz Xəlil Rza Ulutürkün o əzəmətli şerinin misraları zülmkarların üzünə sərt bir sillə kimi dəyəçəkdir.

“Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,

İstəyirəm səma kimi, günəş kimi, cahan kimi!

Çəkil, çəkil, ey qəsbkar, mən bu əsrin gur səsiyəm!

Gərək deyil sısqa bulaq, mən ümmanlar təşnəsiyəm!”

Əziz və dəyəri Şura Ana! Zalımlar sizin oğlunuza 10 il həbs cəzası verməklə onu cəzalandırdığını düşünür. Lakin bu başıpozuq hakimiyyət fərqinə varmır ki, əslində, xalqımız və tarix oğlunuza verilən 10 il həbs cəzasını cəza kimi deyil, qəhrəmanlıq medalı kimi dəyərləndirəcək. Siz artıq qəhrəman bir oğul anasısınız. Sizinlə və böyütdüyünüz o qəhrəman oğlunuzla qürur duyuruq. Sizin timsalınızda bu rejimin zülmü ucbatından övlad ayrılığından göz yaşı tökən bütün analarımıza Allahdan çan sağlığı, uzun ömür, dünya və axirətdə səadətə qovuşmağı təmanna edirəm…”

Ehtiramlarımla Taleh Bağırzadə…

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Qiyas İbrahimovun anası: “Sifariş olmasa, universitetdən qovmazlar”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: