Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
tale-heyderov.jpg

Tale Heydərovun otelini sel basdı — AÇIQLAMA

“Qafqaz Resort Hotel”ini əvvəlki vəziyyətinə qaytaracağıq.

Ölkə.Az bildirir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında “Qəbələ” klubunun prezidenti, sözügedən otelin sahibi Tale Heydərov deyib.

Onun sözlərinə görə, oteldə baş verənlər nəzarətdədir: “Rayon İcra Hakimiyyəti də bu işlə məşğuldur. Vəziyyəti yenidən stabilləşdirmək istəyirik. Artıq təmir işlərinə başlanılıb. Oteli əvvəlki vəziyyətinə qaytaracağıq”.

Qeyd edək ki, bir neçə gün əvvəl ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti paytaxt Bakı daxil olmaqla, bir sıra rayonlarımıza ziyan vurmuşdu. O cümlədən Qəbələnin məşhur “Qafqaz Resort Hotel”i zərər çəkmişdi. Güclü leysan nəticəsində oteli sel basmışdı.

Xatırladaq ki, “Qafqaz Resort Hotel” bir neçə il əvvəl fəaliyyətə başlayıb və Azərbaycanın regionlarında inşa olunan ən prestejli otellər sırasındadır.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Oqtay Gülalıyev yenə polisə çağırıldı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: