24 saat

Taksi sürücüləri ailələrinin gözü qarşısında edam olundu

İraq təhlükəsizlik orqanları İŞİD terrorçularının 5 taksi sürcüsünü edam etdiyi barədə məlumat verib.

24saat.org  xəbər verir ki, taksi sürcüləri mülki şəxsləri İŞİD-in nəzarətində olan bölgədən xaric etməkdə ittiham olunublar.

Edam İraqın Ənbar vilayətinin Qaim şəhərində baş verib və terrorçular taksi sürücülərinin yaxınlarını və əhalini edama tamaşa etməyə məcbur ediblər.

İŞİD bildirib ki, onların nəzarətində olan ərazilərdən xaric olmaq istəyənlərin sonu belə olacaq.
Qeyd edək ki, İŞİD İraqda işğal etdiyi ərazilərin bir hissəsini son aylarda əldən verib./milli.az/

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: