Now Reading:
Tailand şahzadəsinin Almaniyaya səfəri qalmaqala səbəb olub – FOTO
Full Article 40 second read

Tailand şahzadəsinin Almaniyaya səfəri qalmaqala səbəb olub – FOTO



63 yaşlı Tailand şahzadəsi Maha Vaçiralonqkornun Almaniyaya səfəri qalmaqal ilə başlayıb.

Oxu.az Bild nəşrinə istinadən xəbər verir ki, Münhen şəhərinə həyat yoldaşı ilə birgə səfərə gələn taxt-tacın varisi təyyarədən ona yaraşmayan formada düşüb – əlində ağ pudel, əynində isə ağ mayka və cins şalvar. Şahzadənin bədəninə yazılmış tatuaj da çöldə qalıb.

Nəşr bildirir ki, şahzadənin kostyumda olan 30 mühafizəçisi ondan daha səliqəli görsənirdi.

Almaniya KİV-in məlumatına əsasən, Maha Vaçiralonqkorn Münhenə həyat yoldaşına Ştarnberq gölü sahilində aldığı villanı göstərməyə gəlib. İqamətgahın qiyməti 10 milyon dollardır.

Qeyd edək ki, Maha Vaçiralonqkorn 1946-cı ildən Tailand kralı olan Pxumipon Adulyadetin oğludur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: