Loading...
Loading...

Tağı Əhmədovun başı dərddə

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun başının üzərini qara buludlar alıb. 24saat.org-a daxil olan məlumata görə, MTN-in həbsdə olan generalı Akif Çovdarovun Tağı Əhmədovdan təhdid yolu ilə 3 milyon manat alması keçmiş metropoliten rəisi üçün ciddi başağrıya çevrilib.

Məsələ burasındadır ki, mətbuatın yazdığı kimi Tağı Əhmədov özü bu barədə istintaqa məlumat verməyib. Əksinə, MTN işi araşdırılarkən müəyyən olunub ki, Tağı Əhmədov da Eldar Mahmudovun dəstəsinin hədəfinə gəlib. İddia olunur ki, bundan sonra Tağı Əhmədov istintaqa çağırılıb və o, faktı təsdiqləmək məcburiyyətində qalıb. Keçmiş metropoliten rəisinin bu məsələni gizlətməsi isə səbəbsiz deyil. Birincisi, Tağı Əhmədov hakimiyyətin üzdə olan fiqurlarından biri idi. İqtidarın zirvəsində olanlarla isti münasibətləri var idi. Bu halda Akif Çovdarovun Tağı Əhmədovu təhdid edə biləcək cəsarətində bulunması əlində ciddi kompramatların olması ilə izah edilə bilər ki, hazırda istintaqın da bununla maraqlandığı iddia edilir. Digər tərəfdən, Tağı Əhmədov qəfildən işdən çıxarılıb. Hətta media onun işdən çıxarılması barədə sərəncamı tirajlayanda keçmiş metropoliten rəisi işdən çıxarılmasından xəbərsiz olub. Hər halda o, sərəncam mətbuatda yayılandan sonra jurnalistlərə “mən işimin başındayam, bu xəbərlər yalandı” demişdi. Hakimiyyətin təcrübəsində adətən ciddi səhvə yol verən məmurlar özündən xəbərsiz vəzifədən uzaqlaşdırılır. Məlumatlara görə, Tağı Əhmədovun səhvi də ümumi “kassa”ya “əl gəzdirməsi”  olub. Mümkündür ki, keçmiş metropoliten rəisinin bu addımına səbəb Akif Çovdarovun tələb etdiyi pulu vermək olub. Hər halda, bu, Tağı Əhmədov üçün xoşagəlməz situasiyadır və onun  növbəti dəfə cəzalandırılacağı gözləniləndir.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ziya Məmmədov villasını satdı  – Görüntü

Loading...
%d bloqqer bunu bəyənir: