Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
96208-2

Tağı Əhmədovun Akif Çovdarova qarşı mülki iddia irəli sürməsi mümkündürmü?

Əyyub Kərimov: “Mülki iddia həm istintaq gedişində, həm də məhkəmənin gedişində irəli sürülə bilər”

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovla ləğv edilmiş MTN-nin generalı Akif Çovdarovun ondan aldığı 3 milyonu geri almaq üçün Bakı Hərbi Məhkəməsində mülki iddia qaldırdığı ilə bağlı informasiyalar yer alıb. Maraqlıdır, hədə-qorxu və şantaj yolu ilə alınan pulnan bağlı mülki iddianın qaldırılması mümkündürmü?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov bunun tamamilə mümkün olduğunu vurğuladı:

“Cinayət işində zərəçəkmiş sayılırsansa və istintaq orqanı hansısa məbləğdə zərər çəkdiyini tanıyırsa, qeyd edirsə ki, həqiqətən də filankəsin əməlləri nəticəsində bu şəxsə bu qədər ziyan dəyib, o zaman mülki iddia qaldırıla bilər.

Mülki iddia həm istintaq gedişində, həm də məhkəmənin gedişində irəli sürülə bilər. Məhkəmə prosesi qurtarandan sonra sübut olunsa ki, filankəs dələduzluq yolu ilə kiməsə ziyan vurub, Appelyasiya Məhkəməsi bitəndən sonra, hökm qanuni qüvvəyə minəndən sonra da mülki iddia irəli sürmək mümkündür. Yəni sabah həmin şəxs gedib cəzasını çəkib gəlsə də dəyən zərər ödənilməlidir”.

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Trampın müsəlmanlarla bağlı fikri saytından silinib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: