Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Tağı Əhmədovla bağlı qərar verəcəyik” – YAP

Yeni Azərbaycan Partiyasının Yasamal rayonu üzrə təşkilat sədri, Bakı Metropoliteninin sabiq sədri Tağı Əhmədovun adı mətbuatda “keçmiş MTN işi” istintaqı ilə bağlı hallandı. T. Əhmədova qarşı hazırda həbsdə olan keçmiş MTN generalı Akif Çovdarov tərəfindən ittihamlar səsləndirilir.

Bu məsələyə münasibət bildirən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov APA-ya müsahibəsində bildirib ki, bu, hüquq-mühafizə orqanlarının işidir”. Hüquq-mühafizə orqanları bunu sübuta yetirsə və ittihamlarla bağlı məsuliyyətə cəlb etmə olsa, o zaman partiya həmin şəxslə bağlı addım atacaq. Çox adam haqqında çox ittiham səsləndirirlər. Konkret qərar olsa, buna uyğun olaraq, Tağı Əhmədovla bağlı qərar verəcəyik”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Prezident fərman verdi

%d bloqqer bunu bəyənir: