Loading...
Loading...

Taekvondoçularımız Rioda 1/4 finala yüksəldi

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışları davam edir.

Qol.az-ın məlumatına görə, ölkəmizi təmsil edən Milad Beiqi Harçeqani və Fəridə Əzizova bu gün mübarizəyə qoşulub.
Kişilər, 80 kq

80 kq çəki dərəcəsində çıxış edən Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Onun ilk rəqibi malili İsmael Koulibali olub. Rəqibinə 13:6 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.

Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gələcək. Qarşılaşmanın saat 22:45-də başlayacağı nəzərdə tutulub.
Qadınlar, 67 kq

Qadınların yarışında ölkəmizi təmsil edən Fəridə Əzizova (67 kq) 1/8 finalda amerikalı Peyc Makferson ilə qarşılaşıb. London Olimpiadasının gümüş medalçısına 6:5 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.

Qeyd edək ki, taekvondo komandamızın heyətində Patimat Abakarova (49 kq) Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Erməniyə qalib gələn Azərbaycan boksçusu finala yüksəldi – OLİMPİADA-2016

Loading...
%d bloqqer bunu bəyənir: