Loading...
Loading...

Təşkilat rəhbəri: “Bakıda 40 qəpiklik su ilə 10 manata satılan suyun arasında heç bir fərq yoxdur”

“Hazırda Azərbaycan bazarında satışa çıxarılan sərinləşdirici içkilərin 40 faizi standartlara uyğun deyil. Xüsusilə də, regionlarda fəaliyyət göstərən sexlər şüşələri adi məişət su xəttindən dolduraraq qablaşdırıb, satışa çıxarır”.

Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Təşkilat rəhbərinin sözlərinə görə, araşdırmalar zamanı 40 qəpiyə satılan sərinləşdirici sularla 10 manata satılan suyun tərkibinin eyni olduğu müəyyənləşib. “Ötən il suların tərkibini sadə yolla analiz etdik. Bəlli oldu ki, məşhur firmaların istehsal etdiyi və mağazalarda 10 manata satışa çıxarılan suların tərkibi eynidir. Bundan sonra təşkilata hücumlar başladı. Sərinləşdirici suların istehsalı müəyyən qüvvələrin əlində cəmlənib. Buna görə də, su satışı ilə bağlı əsaslı araşdırmalar aparılmır”, – deyə E.Hüseynov əlavə edib.

Hüquq müdafiəçisi onu da qeyd edib ki, “Qax” sularının tərkibi yoxlanılıb: “Qax sularının tərkibini yoxlayarkən adi sudan fərqlənmədiyi bəlli oldu. Hazırda təşkilatımızda ağzı açılmamış “Bonaqua” suyu var ki, içərisində milçək üzür. “Pepsi-Cola”nın üzərində yalnız son yararlılıq tarixi göstərilir. Əgər istehlakçı yeni istehsal edilmiş “Pepsi-Cola” almaq istəyirsə, məhsulun nə vaxt qablaşdırıldığını öyrənə bilməyəcək”.

Təşkilat rəhbəri suların tərkibinin yoxlanılmasının, bununla bağlı ictimaiyyətə məlumat verilməsinin vacib olduğunu deyir: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də daxil olmaqla, dövlət qurumlarında laboratoriyalar var. Həmin laboratoriyalarda suyun tərkibini asanlıqla yoxlamaq mümkündür”.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Laçın təhsil şöbəsinə şok – İttihamlar

Loading...
%d bloqqer bunu bəyənir: