Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Tərtərdə 23 evə mərmi düşüb

Aprelin 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsində baş verən hərbi əməliyyatlar zamanı Tərtər rayonunda 23 yaşayış evinə mərmi düşüb. Bir inzibati bina isə mərmidən ziyan görüb.

«Report»un xəbərinə görə, bunu Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı qeyd edib ki, qarşı tərəfdən atılan «Qrad» mərmilərindən biri Şuşa rayon Polis Şöbəsinin inzibati binasının yaxınlığında partlayıb. Nəticədə binaya ciddi ziyan dəyib: «Ermənilərin cəbhəboyu yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində Tərtər şəhərində 4 yaşayış evinə mərmi düşüb. Bundan başqa, rayonun Qarağacı kəndində 2, Həsənqaya kəndində 6, Qazıyan kəndində 2, Qaynaq kəndində 3 və Səhləbad kəndində 2 fərdi yaşayış evinə ziyan dəyib».

İcra başçısı həmçinin deyib ki, rayonun Qazıyan kəndində bir «VAZ 21099» markalı minik maşınına ziyan dəyib. Qazıyanda bir baş at, Səhləbad kəndində isə 3 baş iribuynuzlu mal-qara tələf olub.

Ötən gecə Dağlıq Qarabağ bölgəsində atəşkəs yenidən pozulub. Müdafiə naziri Zakir Həsənov cəbhə xəttindəki gərginliklə əlaqədar Tərtər rayonuna getmişdi.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Rusiya Qarabağ müharibəsinə hökmən müdaxilə edəcək”

%d bloqqer bunu bəyənir: