Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Təhsil nazirindən rektora ciddi xəbərdarlıq

Bu gün Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclası keçirilib.

Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Toplantıda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

İclasın sonunda bir sıra cari təşkilati məsələlər müzakirə olunub, Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru Nurlana Əliyevaya ciddi xəbərdarlıq elan edilib.

“Qafqazinfo” xatırladır ki, BSU-nun fasadında illərdir qorunan, Azərbaycanın şair və yazıçılarının təsvirlərini əks etdirən mozaikanın söküntüsü son günlər gündəmə çevrilmişdi.

qafqazinfo.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Baş redaktorun xanımı: “Körpələrimlə tək qalmışam”

%d bloqqer bunu bəyənir: