Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Təhsil naziri məktəbdaxili qiymətləndirmənin aparılmasına bir sıra dəyişikliklər edib

Təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”da dəyişiklik edilməsi barədə əmr imzalayıb.

“Report”un xəbərinə görə, əmrin imzalanmasında məqsəd “Ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 2 mart 2016-cı il tarixli 122 nömrəli əmrinin 1-ci bəndi üzrə tədbirlərin həyata keçirilməsidir.
Əmrə əsasən, böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə Təhsil Nazirliyinin təqdim etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilməklə fənni tədris edən müəllim tərəfindən aparılır.
Bundan başqa, “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”ın 4.14-cü bəndi aşağıdakı redaksiyada verilsin:
 
“4.14. Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanır:”
 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Astroloji proqnoz – 17 iyun

%d bloqqer bunu bəyənir: