Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Təhsil haqları azala bilər

Ali məktəblərin ödənişli qəbul planlarını Nazirlər Kabineti deyil, təhsil müəssisələri özləri müəyyən edəcək.

Bu ildən etibarən ali məktəblərin ödənişli qəbul planlarını və ödənişin miqdarını  Nazirlər Kabineti deyil, təhsil müəssisələri özləri müəyyən edəcək. Ekspertlər bunun təhsil haqlarına müsbət təsir edəcəyini bildirirlər. Növbəti ildən Azərbaycanın məktəbəqədər təhsil sistemində də yeni model tətbiq edilə bilər.

Təhsil haqlarının aşağı düşməsi gözlənilir. Çünki universitet istədiyi qədər ödənişli tələbə qəbul etsə, asanlıqla təhsil haqqını aşağı sala biləcək. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyir ki, sözügedən sərbəstlikdən sonra təhsil haqqları nəzərəçapacaq dərəcədə azala bilər.

Belə bir addım atılsa, həmin ali məktəbə daha çox tələbənin cəlb olunacağı da istisna deyil.

Komitə sədri eyni zamanda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçün işçi qrupunun formalaşdığını da qeyd edib. Qanun layihəsi qəbul olunsa Azərbaycanda özəl və dövlət bağçaları ilə yanaşı görmə, eşitmə qüsurlu uşaqlar üçün təyinatı üzrə xüsusi bağçalar da fəaliyyət göstərəcək.

24saat.org “Xəzər Xəbər”ə mövzu ilə bağlı videomaterialı təqdim edir:

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Vətəndaşdan SƏHİYYƏ NAZİRİNƏ ittiham dolu müraciət – diabet xəstələrinin DƏRMAN PREPARATLARI yollanmır

%d bloqqer bunu bəyənir: