Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

TƏCİLİ: Akif Çovdarovun intihar etdiyi bildirilir

MTN-nin qanlı generalı Akif Çovdarovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. 24saat.org-a daxil olan və təsdiqlənməmiş məlumata görə, Kürdəxanı təcridxanasında saxlanılan sabiq MTN-çi general bir neçə gün öncə intihara cəhd edib.

Təcridxanadan daxil olan məlumatda bildirilir ki, nəzarətçilər “qanlı general”ı kamerasında asılmış vəziyyətdə aşkarlayıb. Həyatla ölüm arasında mübarizə aparan Çovdarov dərhal xəstəxanaya yerləşdirilib.

Akif Çovdarovun intihara cəhd etməsi xəbərinə RƏSMİ AÇIQLAMA

 Mənbənin sözlərinə görə, hazırda Çovdarovun səhhəti normaldır, amma onun intihar cəhdi ciddi təşviş yaradıb.

Belə ki, MTN polkovniki İlqar Əliyevin ardınca Çevdarovun da intiharının baş tutması “MTN işi” ilə bağlı böyük qalmaqal yarada bilərdi.

Məlumat üçün bildirək ki, hadisə Kürdəxanı təcridxanasına yeni rəis təyin olunan gün baş verib.

Xatırladaq ki, Akif Çovdarovla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Hazırda vəkillər və tərəflər cinayət işinin materialları ilə tanış olurlar. Tanışlıq mərhələsi başa çatandan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

QEYD: 24saat.org olaraq bildiririk ki, daxil olan məlumat təsdiqlənməyib və olayla bağlı əlavə məlumatları, həmçinin rəsmi mövqe olarsa onu dərc edəcəyik.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Hərbi hissələrdə namaz otaqları ləğv olunur

%d bloqqer bunu bəyənir: