Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Təcavüzdən qorunmaq üçün sinəsi qaynar daşla dağlanan qadınlar – Fotolar

Qadınlar dünyanın hər yerində, əsasən də, inkişaf etməmiş ölkələrdə fiziki zorakılığa məruz qalırlar.

Belə ölkələrdə qadınları kişilərdən qorumaq üçün hansısa tədbirlər görmək, qaydalar, qanunlar yaratmaq heç kimin ağlına gəlmir. Odur ki, qadınlar özünümüdafiə məqsədilə ağlasığmaz üsullara əl atmalı olurlar. Bunun ən dəhşətli nümunələrindən biri Kamerun Respublikasında yaşayan qadınların adət-ənənə halına gətirdikləri “döşütüləmə” üsuludur. Belə ki, kiçik yaşlardan etibarən qız uşaqlarının döşünə ya kəmər bağlayaraq, ya da isti daş basaraq onun böyüməsinin qarşısını alırlar. Çünki bu ölkədə qadına gözəllik bəxş edən yeganə orqanın döş olduğuna inanır və erkən yaşdan bu gözəlliyi qızların əlindən alırlar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Döşütüləmə” 8-10 yaşına çatan uşaq üzərində tətbiq edilir. Ailənin qadınlarının həyata keçirdiyi proses günlərlə təkrarlanır.
Dəhşətli ağrılarla müşayiət olunan bu üsul nəinki qadının gözəlliyinə, həm də sağlamlığına ciddi ziyan vurur. Belə ki, bir çox təhlükəli xəstəliklərə – döş xərçənginə tutulur. Uşaq yaşında dəhşətli işgəncəyə məruz qalan bu qızların psixologiyası da alt-üst olur.
Ölkədəki mənzərəni “Vice” jurnalının fransız versiyasının buraxılışının fotoqrafı Gildas Pare ən yaxşı şəkildə əks etdirib. Fotoqrafın suallarını cavablandıran qadınların danışdıqları insanı dəhşətə gətirir. Onlardan biri də 28 yaşlı Cenetdir. Cenet indi ərinin belə sinəsinə toxunmasına icazə vermədiyini bildirib:
 
“Döşlərimin böyüməsini biabırçılıq kimi qəbul edirdilər. 10 yaşımda olarkən nənəm döşlərimin böyüməyə başladığını gördü. Bir axşam məni uzandırdı və bambuk çubuqlarını qızdırıb sinəmə basdı. Hələ də sinəmə toxunulmasını istəmirəm”.
Eyni prosesə məruz qalmış minlərlə qadından biri olan Karol da oxşar hekayəsini nəql edib:
“Döşlərim böyüməsi evdə müzakirə mövzusuna çevrildi. Hamı məndən danışırdı – qonşular, anam, nənəm, ailənin böyükləri. Belə müzakirələrə səbəb olduğu üçün özümdən utanmağa başladım. Döşlərimi ütüləməyə qərar verdilər. Anam dedi ki, “döşlərini düzləşdirməsək, kişilərin diqqətini cəlb edəcəksən. Bu isə tezliklə hamilə qalacağın mənasına gəlir. Bu döşləri öldürməliyik”. Onda mənə yaxşılıq etdiklərini düşünmüşdüm”.
Birləşmiş Millətlər Təşkilatı hələ bundan sonra da Orta və Şimali Afrikada 3.8 milyon qız uşağının “döşütüləmə” adı verilən işgəncəyə məruz qalacağını təxmin edir.
Qeyd edək ki, maarifləndirmə işləri aparılsa da, Kamerunda aparılan sorğular burada yaşayan qadınların 41 faizinin “döşütüləmə” ənənəsini dəstəklədiyini göstərib.(publika.az)

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Terrorçuların yeni platforması-Telegram

%d bloqqer bunu bəyənir: