Loading...
Loading...
ceyhun

Təcavüzə məruz qaldığı deyilən qızın atası: “Direktor gecə saat 2-də zəng edib”

Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin zorladığı deyilən məktəblinin atası Rəmzi Abduləliyev olayla bağlı açıqlama verib.

24saat.org teleqraf.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, hadisə noyabr ayının 14-ü gecə saat 02 radələrində baş verib: “Mən qızın anası ilə 1999-cu ildə boşanmışıq, qızım anası ilə birlikdə yaşayır. Hadisə barədə dünən keçmiş həyat yoldaşım mənə danışdı.

Ceyhun qızın anasının nömrəsinə zəng edib, qızım telefonu açıb. Deyib ki, sən yaxşı oxuduğun üçün məktəb sənə hədiyyə, kitab göndərib. Qız həyətə düşüb ki, müəllimindən kitabı alsın, həmin vaxt direktor onu zorlamaq istəyib. Qızın qışqırtısına anası yuxudan oyanıb, şillə-qapaz vurub, Ceyhun qaçıb.

Ayaqqabısının bir tayı, telefonu düşüb, həyətdə qalıb. Anası deyir ki, 5 dəqiqə gec getsəydim, qızın həyatını da korlaya bilərdi”.

Qızın atası deyir ki, hadisə olan vaxt polisə müraciət olunub: “Qızım qorxusundan qaçıb, evin altında gizlənib. Hazırda polis şöbəsindədir. O məktəbdə mənim bir oğlum da oxuyur, bundan sonra o məktəbə necə uşaq göndərmək olar ki? Təhsil Nazirliyinin təyin etdiyi bir insanın bu cür iş görəcəyini bilməzdik”.

Rəmzi Abduləliyev qeyd edib ki, qızı 9-cu sinifdə oxuyur, universitetə hazırlaşdığı üçün bir neçə fəndən hazırlığa gedir: “Elə tarix fənnindən də Ceyhun müəllim hazırlaşdırırdı”.

Qeyd edək ki, bəzi saytlarda yayılan məlumata görə, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə şagirdlərindən birini zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün polis tərəfindən saxlanıldığı qeyd edilir.

Ceyhun Tofiqli haqqında cinayət işi başladılıb və iş Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Zərdab Rayon Polis Şöbəsi faktı təsdiqləyib. Şöbədən bildirilib ki, cinayət işi araşdırılmaq üçün Zərdab Rayon Prokurorluğuna göndərilib.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

FETÖ ilə əlaqə və qaçaqmalçılıq iddiasına gömrük rəisindən AÇIQLAMA – FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: