Təyyarə qəzaya uğradı: Ölənlər var


Bolqarıstanın Sofiya vilayətinin Kostenets yaşayış məntəqəsi yaxınlığında yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Hadisə yeri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qorunur. Qəzanın səbəbləri hələlik müəyyən edilməyib, araşdırma aparılır.
“Nova” telekanalı bildirib ki, ölənlər 30-a yaxın yaşı olan iki qardaşdır.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

İŞİD Mosulda çadraya qadağa qoydu

%d bloqqer bunu bəyənir: