Advertisements
24 saat

Təyyarə qəzasında yaralananların vəziyyəti stabilləşib


Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus AN-12 təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində yaralanan iki Ukrayna vətəndaşının vəziyyəti stabilləşib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin konsulluq xidməti departamenti məlumat yayıb.

Hazırda onlar Qəndəhar vilayətindəki hərbi hospitaldadırlar. Hazırda həmin iki şəxsin və hadisə zamanı həlak olmuş bir Ukrayna vətəndaşının ölkəsinə aparılması ilə bağlı məsələlər həll edilir. Bildirilir ki, Ukraynanın eyni zamanda Əfqanıstanda fəaliyyət göstərən Tacikistandakı səfirliyi və Ukrayna XİN-in konsulluq xidməti departamenti xəsarət alan ukraynalı pilotların ailələri ilə əlaqədədir. (APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: