Now Reading:
Təxminən 700 miqrantın olduğu gəmi batıb
Full Article 30 second read

Təxminən 700 miqrantın olduğu gəmi batıb



Göyərtəsində təxminən 700 miqrant olan gəmi iyunun 3-də Yunanıstanın Kirit adası yaxınlığında batıb.

Beynəlxalq Miqrasiya Təşkilatı-nın məlumatına görə, 340-dan çox adam xilas edilib, yüzlərlə adam istə itkin düşmüş hesab olunur.

Yunanıstan hakimiyyəti azı 4 cəsəd tapıldığını xəbər verir.

Təkcə bu il, müharibə gedən Yaxın Şərq və Şimali Afrika ölkələrindən aralıq dənizi ilə Avropaya 205 mindən çox qaçqın keçib.

Onların əksəriyyəti Suriya və Əfqanıstandandır.

Bu günədək Aralıq dənizində yüzlərlə qaçqın batıb.

Onlar bu marşurutla Yunanıstana, ordan isə daha varlı Avropa Birliyi ölkələrinə keçməyə çalışırlar.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: