Advertisements
24 saat

Tərtərdə partlamamış sursat tapılıb


Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) barədə hesabat yayıb.

Agentliyin mətbuat xidmətinin məlumatına görə, aprelin 30-da iki rayon üzrə 9 ev, 12 əkin sahəsi, 22 partlayış yerinə baxış keçirilib. 1 ədəd partlamamış sursat  aşkar edilərək zərərsizləşdirilib və 14 460 kvadratmetr ərazi yoxlanılıb.

Agentlik bildirir ki, aprelin 7-dən bəri ümumilikdə  cəbhə bölgəsində 1300-ə qədər partlamamış sursat zərərsizləşdirilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: