Now Reading:
Tərtər rayonunda 11 kənd işıqsız qalıb
Full Article 50 second read

Tərtər rayonunda 11 kənd işıqsız qalıb



Son bir gündə Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun cəbhəboyu kəndlərini atəşə tutması nəticəsində 8 fərdi yaşayış evinə ciddi ziyan dəyib.

Bunu “Report”-a Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov deyib.

Aprelin 26-da isə icra hakimiyyətindən bildirmişdilər ki, son günlər rayonda 23 evə mərmi düşüb.

İcra başçısının deməsinə görə, aprelin 26-dan 27-nə keçən gecə rayonun Seyidinli, Qapanlı, Qazıyan, Seysulan, Çiləbürt, Yarımca, Göyarx kəndlərində bir neçə fərdi yaşayış evinə “Qrad” mərmisi düşüb: “Ermənilərin atdığı “Qrad” mərmilərindən biri İsmayılbəyli kəndində 35 kilovatlıq elektrik yarımstansiyasının yaxınlığında partlayıb. Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kənd elektrik enerjisiz qalıb”.

Başçı qeyd edib ki, hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır: “Artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında, digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq. Dəymiş ziyanla bağlı Tərtər rayon Fövqəladə Hallar Komissiyasında araşdırmalar aparılır”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: