Advertisements
24 saat

Təmas xəttində monitorinq


Mayın 11-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd edilir.

Məlumatda deyilir ki, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun keçirilib.

Nazirliyin bir gün əvvəl yaydığı məlumatda isə qeyd edilirdi ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Bächler, səhra köməkçiləri Khristo Khristov və Simon Tiller keçirəcəklər.

Ermənistan tərəfdən isə monitorinqdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk, onun səhra köməkçisi Peter Svedberg və bu qurumun nümayəndəsi Thomas Lenk iştirak edəcək.

Bu il aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər gedib. Hər iki tərəfdən onlarla əsgər həlak olandan sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Müdafiə Nazirliyinin bu gün səhər yaydığı məlumatda da atəşkəsin pozulduğu bildirilirdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: