Advertisements
24 saat

Təmas xəttində ATƏT müşahidəçilərinin sayı artırılacaq


Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağda təmas xəttində vəziyyətin normallaşmasına tərəfdar olduqlarını və ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər.

“Danışıqlar prosesinin aktivləşməsi ilə bağlı konkret addımlarla yanaşı prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar, hansı ki, burada təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq ifadə olunub”, – deyə Rusiya XİN başçısı qeyd edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: