Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Suzuki Motors” alıcılarını aldadıb

Yaponiyanın nəhəng avtomobil şirkəti “Suzuki Motors” avtomobillərin sınaq qaydalarını pozduğunu etiraf edib. ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin yaydığı bəyanatda bildirilir.

Şirkətin avtomobillərin atmosfer tullantıları və yanacaq sərfiyyatı effektivliyi ilə bağlı keçirdiyi testlər Yaponiya tənzimləyici orqanlarının tələblərinə uyğun olmayıb.

“Suzuki” şirkəti düzgün testlərin nəticələrini təqdim edərək bildirib ki, məlumatları dəyişdirməyə ehtiyac yoxdur.

Düzgün olmayan vasitələrlə sınaqdan keçirilən 16 model avtomobil hazırda dünyanın müxtəlif ölkələrində satılır.

Şirkət rəsmiləri etiraf edib

Onlar 2010-cu ildə istifadəyə verilib. Doğru olmayan metodlarla 2.1 milyon avtomobil sınaqdan keçirilib.

Bundan sonra yalnış metodlarla heç bir avtomobil sınaqdan keçirilməyib. Məlum olub ki, doğru olmayan metodlarla sınaqdan keçirilən avtomobillər xaricdə satılan avtomobil şirkətlərinə tətbiq edilməyib.

Suzuki. Yaponiya

Daha əvvəl yapon xəbər agentliyi Kiodonun yaydığı məlumata görə, şirkət avtomobillərin sınaqdan keçirilməsində qanunları pozduğunu etiraf etmək istəyir.

Bu xəbər Suzuki səhmlərinin kotirovkalarda kəskin düşməsi ilə nəticələnib. Yaponiya Nəqliyyat Nazirliyi bütün avtomobil istehsalçılarını dövlət normalarına uyğun metodlar haqqında hesabat verməyə məcbur edib.

Oxşar qalmaqallı hadisə “Mitsubishi Motors” şirkətində də yaşanıb. Aprelin sonlarında şirkət etiraf edib ki, minik maşınlarının yanacaq sərfiyyatı haqqında qəsdən yalnış məlumat verib. Daha sonra şirkət bəyan edib ki, 1991-ci ildən qeyri-qənaətbəxş sınaq üsullarından istifadə edib.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Manatın sabaha olan məzənnəsi açıqlandı

%d bloqqer bunu bəyənir: