Loading...
Loading...

Sürücülərə şad xəbər: bu yol açıldı

Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi təmir edilərək sürücülərin ixtiyarına verilib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, təmir olunan hissə Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrinin kəsişmələrində yerləşir.

Həmin hissənin uzunluğu təqribən 1 km-dir (500m x 2m). Ayrıca olaraq gediş və gəliş hissələrindən ibarət və 6 hərəkət zolaqlı (3×2) olmaqla küçənin hərəkət hissəsinin ümumi eni 24 metrdir.

Təmir işləri çərçivəsində sözügedən hissədə 2 min paqon-metrə yaxın səki daşı yenisi ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ümumilikdə 20 min m2 ərazi 2 qat olmaqla asfaltlanıb. Bundan başqa yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub. Hazırda küçənin digər hissələrində təmir-tikinti işləri davam etdirilir. Qeyd edək ki, küçənin ümumi uzunluğu 3.7 kilometrdir.

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Bakcell” mobil operatoru kütləvi şəkildə boykot olunur

%d bloqqer bunu bəyənir: