Sürücülərin nəzərinə: Bu gündən QADAĞANDIR


Qaydaları pozan sürücüləri 150 manat cərimə gözləyir.

BiG.AZ xəbər verir ki, avtomobillərin yan şüşələrinə kustar və sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalara verilən icazə noyabrın 15-də başa çatır.

Yol polisi əməkdaşları noyabr ayının 16-dan pərdə və plyonkalara qarşı reydə başlayacaq. Qeyd edilən tarixdən sonra pərdə və plyonkalı maşın sürərək qanunu pozanlar 150 manat miqdarında cərimə ediləcəklər.

Qeyd edək ki, mayın 1-dən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilib./azvision/

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Məmur övladlarına qadağa… – İnanılmaz qanun layihəsi hazırlanır

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: