Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Surqutda azərbaycanlılar ermənini xilas etdilər

Rusiyanın Tümen vilayətinə daxil olan Xantı-Mansiysk muxtar dairəsinin Surqut şəhərində bir müddət öncə keçirilən milli mədəniyyət festivalında erməni təmsilçinin vəziyyəti qəfildən pisləşib.

Verilən xəbərə əsasən, ilk olaraq ona festivalda iştirak edən azərbaycanlılar yardım edib. Bu barədə bu günlərdə keçirilmiş tədbirlərdən birində çıxış etmiş “Ararat” milli-mədəni mərkəzinin sədri Armenak Simonyan bildirib.

“Həmyerlimizə yardım edən Azərbaycan təmsilçilərinə bütün erməni xalqı adından təşəkkür etmək istəyirəm. Məgər bu bizim xalqlarımız arasındakı dostluğun bariz nümunəsi deyil? Bu onu sübut edir ki, Surqutda azərbaycanlılar və ermənilər dostluq, qardaşlıq şəraitində yaşayır və bir-birinə dəstək verir. Gəlin bu cür də davam edək”, – deyə A.Simonyan bildirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyə-Suriya sərhədindəki İŞİD düşərgələrində azərbaycanlılar var

%d bloqqer bunu bəyənir: